Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 6 dekabr 2017-ci il tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.
Bu barədə APA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bayramdan əvvəlki dərs günlərində hər hansı dəyişiklik olmayacaq: "Belə ki, bütün ümumtəhsil məktəblərində mart ayının 19-u dərs günüdür. Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Buna müvafiq olaraq, 24 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar 5 günlük iş həftəsi ilə işləyən müəssisələrdə martın 26-sı iş günü hesab olunmur. Beləliklə, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 27-si dərs günü olacaq".