Məktəblilər İqtisad Universiteti ilə tanış olublar
27 yanvar 2016 16:43 (UTC +04:00)

Məktəblilər İqtisad Universiteti ilə tanış olublar

 

Yanvarın 27-də Bakının bir neçə məktəbinin yuxarı sinif şagirdləri Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, məktəblilər ilk olaraq universitetdə şəhidlərin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər.

Sonra ADİU-da keçirilən qış imtahan sessiyasının gedişi ilə tanış olan məktəblilərə imtahan prosesinin təşkili və qaydaları barədə məlumat verilib. Şagirdlər universitetdə fəaliyyət göstərən SABAH Qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi, Maliyyə Birjası Laboratoriyası, Virtual Müəssisə, İnnovativ Biznes İnkubatoru və tələbə təşkilatları ilə tanış edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbinin bakalavr diplomunu ADİU-da əldə etmək imkanı xüsusi maraqla qarşılanıb. Bundan başqa, məktəblilərə İqtisad Universitetinin innovativ metodlarla idarə olunması və elektron universitetə çevrilməsinin üstünlükləri haqda məlumat verilib. Bunun dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün önəmli olduğu vurğulanıb. Universitetin Azad İnternet Zonası və kitabxana xidməti, elektron kitabxana sistemi haqqında bilgilər şagirdlərin marağına səbəb olub. Onlara tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsində universitetin online radiosu olan Radio UNEC və Yaradıcılıq Mərkəzinin rolu haqda məlumat verilib.

 

Həmçinin, universitetin tarixi, yeni əmtəə nişanı, korporativ stili, tanınmış məzunları, fəxri doktorları, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri və intizam qaydaları haqqında informasiya çatdırılıb.

İqtisad universitetinin rektoru Ədalət Muradov məktəblilərə ali məktəbdə tədrisin keyfiyyətinin artırılması məqsədilə görülən işlərdən, gələcəkdə İqtisad Universitetini seçən gənclərə yaradılan şəraitdən danışıb. Daha yaxşı oxuyan tələbələr üçün nəzərdə tutulan daxili təqaüd proqramlarını onların diqqətinə çatdırıb.

Sonda məktəblilər Ə.Muradova ADİU-nun ikili diplom proqramları, iki ixtisasa yiyələnmək imkanları barədə suallar verib, tələbələrin universitetdənkənar fəaliyyətləri və asudə vaxtlarının səmərəli təşkilində universitetin rolu haqda maraqlanıblar.

Tədbirə A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika gimnaziyası, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası, Kimya Biologiya Təmayüllü Respublika liseyi, Akademik Zərifə Əliyeva adına liseyi və 132-134 saylı Təhsil Kompleksinin iqtisadiyyata maraq göstərən yuxarı sinif şagirdləri qatılıblar. Səfər ADİU-da qış imtahan sessiyası dövründə həyata keçirilən “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” layihəsi çərçivəsində baş tutub.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən bu günə qədər təhsil mütəxəssisləri, QHT nümayəndələri və valideynlər İqtisad universitetində təşkil edilən qış imtahan sessiyasının gedişini izləyiblər. Jurnalistlər isə imtahanlarda nəzarətçi qismində iştirak ediblər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar