“Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq ümumtəhsil məktəblərində informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi vəziyyəti ilə bağlı monitorinqlər keçirilir ”. Bu barədə Lent. az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bu sahə üzrə sonuncu monitorinq keçən il aparılıb və nəticələr ictimaiyyətə təqdim olunub. Monitorinqin nəticələri üzrə müəyyən olunan problemlər həll edilib. Eyni zamanda ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyəti ilə bağlı monitorinqlərin aparılması məqsədi ilə müstəqil qurumların da cəlb olunması nəzərdə tutulub.