Məktəbəhazırlıq qruplarında monitorinq keçirilir
26 aprel 2016 11:43 (UTC +04:00)

Məktəbəhazırlıq qruplarında monitorinq keçirilir

 

Bir sıra məktəblərdə təşkil edilmiş məktəbəhazırlıq qruplarında monitorinqlər keçirilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin 22 aprel tarixli əmrinə əsasən, məktəbəhazırlıq qrupları təşkil edilmiş 135 ümumtəhsil məktəbinin hazırlıq qruplarında monitorinq keçirilir.

 

Monitorinqlərin keçirilməsində məqsəd məktəbəhazırlıq qruplarında təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qruplara cəlb edilmiş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir.

 

Qeyd edək ki, aprel ayının 25-dən başlayan monitorinqlər may ayının 6-dək davam edəcək.

 

Təhsil nazirinin əmrinə əsasən, 2014-2015-ci tədris ilində bir sıra məktəblərdə məktəbəhazırlıq qrupları açılıb. Hazırlıq qrupları 2015-2016-cı tədris ilindən başlayaraq 135 seçilmiş pilot ümumtəhsil məktəbində fəaliyyət göstərir. Həmin məktəblərdə valideynlərin könüllülüyü əsasında 357 ödənişli pilot məktəbəhazırlıq qrupları təşkil olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220
avatar

Oxşar yazılar