Media Birliyinin toplantısı keçirilib
28 avqust 2013 16:23 (UTC +04:00)

Media Birliyinin toplantısı keçirilib

 

İstanbulda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Koordinasiya Şurasının toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, Türkiyədən, Azərbaycandan, Qırğızıstandan, Şimali Kipr Türk Cümhuriyyətindən, İraqdan (Kərkük), Bolqarıstandan, Şərqi Trakiyadan, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Rusiyanın Tatarıstan və Başqırdıstan muxtar respublikalarından ümumilikdə 30-dək nümayəndənin qatıldığı tədbirdə başlıca müzakirə mövzusu Türkdilli Ölkələrin və Toplumların III Media Forumuna hazırlıq olub. Toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iştirak edib.

 

Koordinasiya Şurasının avqustun 27-də İstanbulun Kalyon hotelində baş tutmuş toplantısında isə müzakirələr aparılıb. III Forumun noyabrın 7-9-da Bişkekdə keçirilməsi qərara alınıb.

 

Qarşılıqlı müzakirələrdə türkdilli ölkə və toplumların media qurumlarının bir-birinə sıx inteqrasiyasının zəruriliyi müxtəlif faktlarla əsaslandırılıb. Sonda III Bişkek forumunun gündəliyi təsdiqlənib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 566
avatar

Oxşar yazılar