Magistraturaya qeydiyyat müddəti dəyişdirildi
01 iyun 2015 17:45 (UTC +04:00)

Magistraturaya qeydiyyat müddəti dəyişdirildi

0

TQDK magistraturaya qeydiyyat müddətində dəyişiklik edib.

TQDK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, regionlarda yerləşən ali təhsil müəssisələrində yekun dövlət attestasiyası iyun ayında keçirildiyinə görə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qeydiyyat müddəti dəyişdirilib. 

Həmin bakalavrların qeydiyyatı 2015-ci il iyun ayının 29-dan iyul ayının 10-dək (şənbə və bazar günləri istisna olmaqla) aparılacaq. Bakalavrlar göstərilən müddətdə tələb olunan sənədləri təqdim etməklə qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcək.

Boş qalan plan yerlərinin elan olunması və həmin yerlərə müsabiqənin keçirilməsi avqust ayında nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar