Magistraturaya ixtisas seçimi başlayir
25 iyun 2013 15:02 (UTC +04:00)

Magistraturaya ixtisas seçimi başlayir

Sabah 2013-2014-cü tədris ili üçün ali məktəblərin magistraturalarına ixtisas seçimi başlayır.

 

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, magistraturaya qəbul imtahanlarının II mərhələsinin nəticələri bu gün axşam saatlarında elan olunacaq. Sabahdan iyunun 28-dək isə ali məktəblərin magistraturalarına ixtisaslaşma seçimi aparılacaq.

 

Qeyd edək ki, Təhsil üzrə Komissiya tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2013/2014-cü tədris ili üçün təsdiq edilmiş qəbul planında yerlərin sayı 6794, dövlət sifarişi üzrə yerlərin sayı 2319, Azərbaycan bölməsi üzrə yerlərin sayı 4504, rus bölməsi üzrə yerlərin sayı 674, birgə müsabiqə yerlərinin sayı isə 1616-dır.

 

Magistraturaya qəbul planı əvvəlki tədris ili ilə müqayisədə 12,84 faiz artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2727
avatar

Oxşar yazılar