Magistral su kəmərində qəza
25 iyun 2013 15:13 (UTC +04:00)

Magistral su kəmərində qəza

Kür Sutəmizləyici Qurğular Kompleksindən  Binəqədi nasos stansiyasına içməli su nəql edən 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin Biləcəri  qəsəbəsi X.Məlikaslanov küçəsi 3-cü döngə ərazisindən keçən hissəsində qəza baş verib.

 

Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  mətbuat xidmətidən Lent.az-a verilən məlumata görə, su sızması 1200 mm diametrli, yüksəktəzyiqli magistral su kəmərinin mühafizə zolağında bir neçə il öncə qeyri-qanuni inşa edilmiş 23 saylı fərdi yaşayış evinin altında  baş verib.

 

Qəza nəticəsində ərazidə olan bir neçə  fərdi yaşayış evinin həyəti də su altında qalıb. Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra qəza yerinə baxış keçirilmiş və əraziyə texnika cəlb olunub. Həmin ərazidə fərdi yaşayış evlərinin inşası zamanı tikinti qaydalarına əməl olunmaması, evlərin magistral su xəttinin mühafizə zonasında tikilməsi qəzanın aradan qaldırılmasında müəyyən çətinliklər yaradıb. Buna baxmayaraq gecə saatlarında qəza  aradan qaldırılıb.

 

Qeyd edək ki, Biləcəri qəsəbəsi ərazisindən böyük diametri, yüksəktəzyiqli 7 magistral su xətti keçir. 1990-cı illərin ortalarında magistral kəmərlərin keçdiyi ərazilərdə qeyri-qanuni şəkildə fərdi yaşayış evləri və kommersiya obyektləri tikilib.   Bunun  nəticəsidir ki, təkcə Binəqədi rayonunun  Xocasən, Biləcəri və Rəsulzadə qəsəbələri üzrə magistral kəmərlərin üzərində və mühafizə zolağında 2800-ə qədər  fərdi yaşayış evi tikilib. “Azərsu” ASC bir daha bəyan edir ki, magistral su  kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi və kommersiya obyektlərinin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1061
avatar

Oxşar yazılar