“Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq”.
Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Space TV"yə müsahibəsində deyib.
M.Abbaszadə bildirib ki, indiyə qədər 8 mindən çox adam magistratura üzrə ixtisas proqramını seçib və ikinci mərhələdə iştirak etmək üçün proqramını təsdiqlətdirib: “ İyunun 5-də magistratura üzrə ikinci mərhələnin imtahanı keçiriləcək. Belə görünür ki, bu il magistr səviyyəsi üzrə plan yerləri daha çoxdur, nəinki namizədlər. Magistratura üzrə 50 proqram mövcuddur. Bu il cəmi 3 proqramda bir yerə təxminən 2 nəfərdən ibarət müsabiqə vəziyyəti yaranır. Yerdə qalan proqramlarda bir yer uğrunda müsabiqədə cəmi 1 nəfər iştirak edəcək. Hətta elə proqramlar var ki, onlarda müsabiqə vəziyyəti çox aşağıdır”.