Magistr olmaq istəyənlər üçün növbəti şans
05 avqust 2016 10:45 (UTC +04:00)

Magistr olmaq istəyənlər üçün növbəti şans

 

Avqustun 8-dən  ali təhsil müəssisələrinin magistratura səviyyəsinin boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayacaq.

 

Lent.az-ın məlumatına görə,  ixtisas seçimi avqustun 8-dən 14-dək davam edəcək.

 

Boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 16-25 avqust tarixlərində gerçəkləşəcək.

 

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib. “Magistr” jurnalının 6-cı nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Fərizə Əhmədova

Oxşar yazılar