Leyla Əliyeva uşaq evlərinin sakinlərinə baş çəkdi
08 iyul 2016 04:11 (UTC +04:00)

Leyla Əliyeva uşaq evlərinin sakinlərinə baş çəkdi

İyulun 7-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan uşaqlar üçün istirahət proqramı təşkil edilib.

 

Heydər Əliyev Fondunun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 1 saylı körpələr evi və 1 saylı uşaq evinin sakinləri ilə birlikdə şənlikdə iştirak edib.

 

Körpələr və uşaq evinin yeniyetmə sakinləri onlar üçün tərtib olunmuş müxtəlif əyləncələrdə asudə vaxtlarını keçirib.

 

Leyla Əliyeva uşaqlarla səmimi söhbət edib, onların əyləncələrində iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar