Leyla Əliyeva müharibə və əmək əlillərinə baş çəkdi
19 yanvar 2016 22:48 (UTC +04:00)

Leyla Əliyeva müharibə və əmək əlillərinə baş çəkdi

0

Yanvarın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

 

Heydər Əliyev Fondunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə,  Leyla Əliyeva pansionatın sakinləri ilə görüşüb, onlarla birlikdə nahar süfrəsi arxasında  söhbət edib.  

 

Leyla Əliyeva pansionat sakinlərinin öz həyatları barədə söhbətlərini dinləyib, onların qayğıları ilə maraqlanıb.

 

Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 1998-ci ildə Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı olub. İndi burada 207 nəfər yaşayır. Onların rahatlığı üçün bütün lazımi şərait yaradılıb.

 

Leyla Əliyeva pansionatda yaradılan şəraitlə tanış olub, otaqları gəzib.  

 

Pansionat sakinləri ilə görüşə yenə də gələcəyini deyən Leyla Əliyeva onlara cansaglığı və uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar