Lənkəran-Lerik yolunda yenidən uçqun oldu - YENİLƏNİB
12 noyabr 2013 14:42 (UTC +04:00)

Lənkəran-Lerik yolunda yenidən uçqun oldu - YENİLƏNİB

Son bir neçə gündə cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəran-Lerik yolunda yenidən  torpaq uçqununa səbəb olub.


 

APA-nın cənub bürosunun məlumatına görə, torpaq uçqunu bu dəfə  yolun 17-18-ci kilometrliyində - Lənkəranın Təngivan kəndindən keçən hissəsində qeydə alınıb. Nəticədə isə nəqliyyatın hərəkətində qısa müddətli məhdudiyyətlər yaranıb. Uçqun zamanı yola torpaq, gil qatı və qaya parçaları tökülüb. 43 saylı Lerik Yol istismar idarəsinin rəisi Elxan Əliyevin sözlərinə görə, hadisə yerinə cəlb edilmiş ağır texnikanın müdaxiləsi nəticəsində yol təmizlənib. Hazırda idarənin texnikası və canlı qüvvəsi ərazidə hazır vəziyyətə gətirilib. Uçqun aktiv olduğundan onun hər an yenidən baş verməsi istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 842
avatar

Oxşar yazılar