Ləman Ələşrəfqızı ANS-dən getdi?
16 iyun 2016 20:34 (UTC +04:00)

Ləman Ələşrəfqızı ANS-dən getdi?

0

 

Tanınmış jurnalist Ləman Ələşrəfqızı ANS-lə yollarını ayırıb.

 

Lent.az-ın məlumatına görə, o, bu barədə özünün facebook səhifəsində yazıb: “20 ildir jurnalistikadayam. Bu sahədə fəaliyyətim şükür Allaha göz qabağındadır. Nə plagiatlığım oldu, nə adımdan sui-isifadəm. Zərdabi mükafatını da, Əməkdar jurnalist adını da utana-utana yox, alın tərimlə qazandım. Dekabrdan bu yana hazırladığım sənədli filmlər də düşünürəm ki, mənə yaradılmış imkan daxilində yetərincə maraqlı işlərdir. Artıq filmin sonuna gəldim. Sözün hər cür anlaşılan mənasında işim bitdi. Bu işi qiymətləndirənlərə sağ olun deyirəm, görməzdən gələnləri vicdanlarıyla baş-başa buraxıram. Bu müqəddəs bayramda Allah hər kəsin ürəyincə versin! Çox yoruldum. Hər şeydən, haqsızlıqdan, ədalətsizlikdən, başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən, mənəm-mənəmliyindən, çığır-bağırından. Jurnalistikanı isə sevirəm və çoxlarının acığına hələ uğurlarım qabaqdadır!”. 

 

Məsələ ilə bağlı ANS-lə əlaqə saxladıq. Şirkətdən verilən məlumata görə, L. Ələşrəfqızının ANS-dən getməsi həqiqətə uyğun deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar