<b>Kür çayında 2010-cu il daşqını yenə təkrarlana bilər </b>
04 may 2016 18:28 (UTC +04:00)

Kür çayında 2010-cu il daşqını yenə təkrarlana bilər

 

”Tənzimlənmiş çaylarda vahid idarəetmə sistemi yaradılmalı və proqnoz əsasında su anbarlarının rejimi idarə edilməlidir. Əks halda 2010-cu ilin may ayında Kür çayında baş verən fəlakət yenə təkrar oluna bilər”.

 

 

Lent.az-ın məlumatına görə, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rəna Qaşqay deyib.

 

R.Qaşqayın sözlərinə görə, qışda yağan qarlar hər il çaylarda mart ayından başlayaraq gursululuqlar və daşqınlar yaradır: “Bu proseslərdə təbii şəraitlə bərabər, insanın təsərrüfat fəaliyyəti də az rol oynamır. Tənzimlənmiş çaylarda vahid idarəetmə sistemi yaradılmalı və proqnoz əsasında su anbarlarının rejimi idarə edilməlidir. Əks halda 2010-cu ilin may ayında Kür çayında baş verən fəlakət yenə təkrar oluna bilər. 2003, 2006 və 2016-cı illərdə baş vermiş daşqınlarda insan faktorunu xüsusi vurğulamaq lazımdı. Və bunun yeganə həll yolu su anbarlarının tikilməsi idi ki, 1953-cü ildə Mingəçevir su anbarının ərsəyə gətirilməsi daşqınların qarşısını aldı”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Fərizə Əhmədova

Oxşar yazılar