Komitə sədri: "Azərbaycanda dini sabitliyi poza biləcək cərəyan yoxdur"
07 may 2015 14:58 (UTC +04:00)

Komitə sədri: "Azərbaycanda dini sabitliyi poza biləcək cərəyan yoxdur"

0

 

 

"Azərbaycanda dini baxımdan sabitlik mövcuddur, ona görə də hansısa dini qrupun, cərəyanın qarşıdan gələn Avropa Oyunlarına xələl gətirmə ehtimalı sıfra bərabərdir".

 

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

M. Qurbanlı bildirib ki, aparılan profilaktik işlər, xüsusilə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər bu sahədə sabitliyin tam bərqərar olmasına gətirib çıxarıb.

 

"Azərbaycanda dini radikalizmin ayrı-ayrı elementləri nəzərə çarpsa da, bu, ictimai, siyasi, mənəvi həyata təsir etmək imkanında deyil", - deyə M. Qurbanlı qeyd edib.

 

O, Avropa Oyunlarının Azərbaycan üçün tarixi, psixoloji, siyasi, iqtisadi və mənəvi əhəmiyyəti olduğunu vurğulayıb: "Bu oyunların ilk dəfə Azərbaycanda keçirilməsi hər bir vətəndaş üçün qürurverici hadisədir. Avropa Oyunlarının bizim ölkədə keçirilməsi eyni zamanda bizi istəməyən, bizə qarşı olan hansısa dairələrə, o cümlədən bizimlə düşmənçilik edən Ermənistan və erməni lobbisinə qarşı ideoloji əhəmiyyət kəsb edən hadisədir".

 

M. Qurbanlının sözlərinə görə, Azərbaycanda dini sabitliyi pozacaq hər hansı qrup, cərəyan mövcud deyil: "Avropa oyunları yüksək səviyyədə keçiriləcək, bu oyunları pozmaq cəhdində bulunanların hansısa cəhdi baş tuta bilməz".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar