Dövlət Komitəsi məhərrəmlikdə monitorinqlər keçirəcək
07 oktyabr 2015 17:55 (UTC +04:00)

Dövlət Komitəsi məhərrəmlikdə monitorinqlər keçirəcək

0

 

Bu gün  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) geniş müşavirə keçirilib.

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə komitə sədri Mübariz Qurbanlı, onun müavinləri, DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Müşavirədə çıxış edən Mübariz Qurbanlı qeyd edib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və bu fəaliyyət ardıcıl olaraq davam etdirilməlidir.

Müşavirədə Məhərrəm ayının başlanması münasibətilə qəbul edilən tədbirlər planı haqqında Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib ki, qəbul edilən plana görə, Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Eyni zamanda Dövlət Komitəsi QMİ-nin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına da dəstək verəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar