9 illik ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının nəticələri açıqlanıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. abituriyentlər nəticələri komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə bilərlər.
Müsabiqədə iştirak etmək üçün 39551 abituriyent ərizə təqdim edib. Onlardan 15986 nəfərini oğlanlar, 23565 nəfərini qızlar təşkil edir. 38540 abituriyent Azərbaycan bölməsi, 1011 abituriyent isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 283 nəfəri artıq orta ixtisas təhsil müəssisələrindən məzun olmuş şəxslər, 47 nəfəri isə ali təhsillidir.