Kəmaləddin Heydərov vətəndaşları qəbul edib
23 avqust 2013 18:45 (UTC +04:00)

Kəmaləddin Heydərov vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov avqustun 23-də Yevlaxda yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzində Yevlax, Mingəçevir və Naftalan şəhərlərinin, Goranboy, Göyçay, Ucar, Zərdab, Kürdəmir və Ağdaş rayonlarının sakinlərinin qəbulunu keçirib.

 

Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 40 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr məsələləri ilə bağlı 160, digər məsələlərlə bağlı müraciət etmiş 25 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530
avatar

Oxşar yazılar