Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edəcək
28 avqust 2015 10:47 (UTC +04:00)

Kəmaləddin Heydərov Tərtərdə vətəndaşları qəbul edəcək

0

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 31-də saat 11:00-dan Tərtər şəhərində vətəndaşları qəbul edəcək. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Tərtər, Bərdə və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzində (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 14) 30 avqust 2015-ci il tarixində saat 09:00-dan başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar