Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək
27 aprel 2016 10:29 (UTC +04:00)

Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edəcək

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək.

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  aprelin 29-da Masallı şəhərində, Heydər Əliyev Mərkəzində saat 09.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda yalnız Masallı, Cəlilabad, Lənkəran, Lerik, Astara, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Onu da diqqətinizə çatdıraq ki, qəbulda yalnız FHN-nin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. 

Qeyd edək ki, qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Masallı şəhəri, Qarabağ küçəsi 17) sabah saat 09.00-da başlayacaq.

Nəzərinizə çatdıraq ki, qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 309
avatar

Oxşar yazılar