Kəmaləddin Heydərov İzotop Xüsusi Kombinatında olub
16 dekabr 2013 15:26 (UTC +04:00)

Kəmaləddin Heydərov İzotop Xüsusi Kombinatında olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) İzotop Xüsusi Kombinatının yenidən qurulan inzibati binasının açılışı olub.


 

APA-nın xəbərinə görə, açılışa qatılan fövqəladə hallar naziri Kəmaləddin Heydərov kombinatın yenidən qurulan nəzarət-buraxılış məntəqəsinə baxıb. Nazirə məlumat verilib ki, kombinatın 3 mərtəbəli binası bütün lazımi avadanlıq, kommunikasiya vasitələri və avadanlıqları ilə təchiz olunub.

 

Burada radioekoloji monitorinq bölməsi, təchizat otağı, yeməkxana, tibb məntəqəsi,  tədris və xidmət otaqları, radiasiya müdafiəsinin təşkili metodiki mərkəzi, Heydər Əliyev guşəsi yerləşir.

 

Kombinat radioaktiv mənbələrin və tullantıların qəbulu, zərərsizləşdirilməsi, uzun müddətli saxlanılması, basdırılması, xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiyası və radioekoloji monitorinq aparmaq üçün bütün lazımi avadanlıqlarla təmin olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161
avatar

Oxşar yazılar