Keçmiş əlahiddə kəşfiyyat rotasının komandiri, ehtiyatda olan zabit Tofiq Cəfərov Azərbaycan Respublikasının Prezidentinə müraciət edib. Lent.az-a daxil olan müraciətdə aşağıdakılar bildirilir:
"Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.
Biz keçmiş Ağcabədi döyüşçülər cəbhə bölgəsində gedən son döyüşlərdən narahat olduğumuzu Sizə bildirməklə bərabər qeyd edirik ki, hər an keçmiş döyüşçülər Sizin əmrinizlə müharibəyə könüllü olaraq getməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasına, Qarabağ torpaqlarının azad edilməsinə hazır olduğumuzu bəyan edirik. Sizdən xahiş edirik bizləri könüllü olaraq cəbhə bölgəsində yerləşdirilməyimizə kömək göstərəsiniz.
Dərin hörmətlə,
Cəfərov Tofiq Astan oğlu, ehtiyatda olan zabit, keçmiş əlahiddə kəşfiyyat rotasının komandiri.
Azərbaycan Respublikası, Ağcabədi rayonu".