Jurnalistlər arasında III atıcılıq turniri keçirilib
07 may 2016 13:41 (UTC +04:00)

Jurnalistlər arasında III atıcılıq turniri keçirilib

0

 

 

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  (SHÇDX) jurnalistlər arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş III atıcılıq turniri keçirib.

 

APA-nın məlumata görə, turnir “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilib. Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edib. Turnirdə “APAholdinq”i APA TV, APA və Vesti komandaları təmsil edib. “APAholdinq”ə daxil olan komandalar II tura vəsiqə qazansalar da, birinciliyi "Azərtac" komandası qazanıb.

 

Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar