Axtarışda olan məktəb direktoru barədə RƏSMİ AÇIQLAMA
27 avqust 2015 15:54 (UTC +04:00)

Axtarışda olan məktəb direktoru barədə RƏSMİ AÇIQLAMA

Bakıda barəsində cinayət işi başladılan məktəb direktoru Vahid Şahmar oğlu Dəmirov bu ilin mart ayından işə çıxmır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-ın sorğusuna verilən cavaba görə, Bakı şəhəri, Orucov küçəsi 21 ünvanında yerləşən 55 nömrəli məktəbin direktoru Vahid Dəmirov işə çıxmaması ilə bağlı BŞTİ-yə müxtəlif vaxtlarda əmək qabiliyyətinin olmamasına dair xəstəlik vərəqələri təqdim edib.

Hazırda V. Dəmirovu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu-Xəzər-Pirallahı Metodik bölməsinin müdiri Məmmədov Alı Xıdır oğlu əvəz edir.

Qeyd edək ki, Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar