Türkiyə universitetinin nümayəndələri Mətbuat Şurasında olub
15 mart 2016 16:32 (UTC +04:00)

Türkiyə universitetinin nümayəndələri Mətbuat Şurasında olub

 

 

Martın 14-də İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Aysel Aziz, həmin təhsil ocağının beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülyan Karaca və Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu Azərbaycan Mətbuat Şurasında olub.

 

 

Şuradan Lent.az-a verilən məlumata görə, Qlobal Karyera İnstitutunun xətti ilə ölkədə səfərdə olan türkiyəli nümayəndələr sözügedən qurumun, İstanbul Yeni Yüzyıl Universitetinin və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşacaq «İnformasiya cəmiyyətinin inkişafında medianın rolu» mövzusundakı konfrans-seminarda iştirak edəcəklər.

MŞ sədri Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyi vurğulayaraq jurnalistika təhsili sahəsində də qarşılıqlı əməkdaşlığın müsbət nəticələrindən söz açıb. Ötən il Şuranın, Türk İş Adamları və Koordinasiya Agentliyinin və TRT-nin Azərbaycan nümayəndəliklərinin, həmçinin Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbə-müəllim kollektivinin bir qrupunun qardaş ölkədə təcrübə mübadiləsində olduqlarını qeyd edib.

 

Qlobal Karyera İnstitutunun direktoru Orxan Həsənoğlu türkiyəli mütəxəssislərin martın 18-də Bakıda «Royal hotel»in konfrans zalında keçiriləcək «İnformasiyalı cəmiyyətin inkişafında medianın rolu» mövzusundakı konfrans-seminarda məruzəçi qismində fikirlərini bölüşəcəklərini vurğulayıb və eyni zamanda rəhbərlik etdiyi qurumun media ilə bağlı fəaliyyətinin davamlı olacağını bildirib.

 

İstanbul Yeni Yüzyıl Universitetinin jurnalistika fakültəsinin dekanı, professor A.Aziz Türkiyədə jurnalistikanın tədrisindəki xüsusiyyətləri sadalayıb və Azərbaycanla Türkiyə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.

İstanbul Yeni Yüzyıl Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri G.Karaca təmsil olunduğu ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqdakı prioritetlərini açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar