«İrşad Electronics» KENEKSİ şirkətinin exsklüziv distribyutoru kimi şirkətin məhsullarını Azərbaycan mobil bazarına təqdim etdi. Bir illik fabrik zəmanəti ilə satışa cıxarılan bu məhsulun dogurdan da gözoxşayan dizayna malik mobil cihazları bazarda olan məhsullarla rəqabətə girəcək dərəcədə keyfiyyətli və davamlıdır.
TARİX
KENEKSI Çin şirkəti Shenzhen Cheng Run Communications Device tərəfindən yaradılmış ticarət markasıdır. KENEKSI 2011-ci ildə Mobil texnologiyalar bazarına öz məhsullarını təqdim edib. Hazırda KENEKSI istehsalı olan telefon və smartfonlar Rusiya, MDB ölkələri, Avropa, Cənubi Amerika və Afrikanın bütün böyük şəbəkələrində təqdim olunur. 2014-cü ilin yekunu üzrə KENEKSI istehsalı olan devays istifadəçilərinin sayı artıq 3 500 000 nəfəri keçib. Texnoloji məhsullar ideyasını həyata keçirərək KENEKSI bahalı smartfonlara alternativ təklif edir. İstifadə olunan material və ehtiyat hissələrin yüksək keyfiyyəti, ən mühüm xarakteristikalar və münasib qiymət gələcəkdə mobil cihazların seçimi zamanı əsas istinad nöqtəsinə çevrilir. Bütün smartfonlar 2x aktiv sim-kartla işləyir, keyfiyyətli öncül ekranlarla təchiz olunub və ən yaxşı materialların istifadə edildiyi dəbli korpusla dizayn edilib.
DƏYƏRLƏRİM
Yüksək keyfiyyət
Məhsullarımız - ekran, korpus, aksesuarlar və daxili detallar yalnız yüksək keyfiyyətli materiallardan hazırlanır, bu isə cihazınızın xidmət müddətini uzatmağa imkan verir!
Parlaq dizayn
KENEKSI smartfonlarının və telefonlarının dizaynına qarşı biganə qalmayacaqsınız! Eleqantdan kobuda, sadədən premiuma kimi geniş məhsul çeşidi sırasından sizə uyğun olan dizaynı tapa biləcəksiniz!
Münasib qiymət
KENEKSI məhsulları ən sərfəli qiymət və keyfiyyət vəhdətini təşkil edir. Hər kəs üçün əlçatan etibarlılıq və dəb bir arada.
MİSSİYAMIZ
Biz KENEKSI cihazlarının rahat, istifadəsinin asan və əlçatan olması üçün dünya tendensiyalarını araşdırırıq. Bizim məqsədimiz dünyaca tanınmış istehsalçı olmaq və hər bir istifadəçinin sevgi və etimadını qazanmaqdır.
İSTEHSAL
Shenzhen Cheng Run Communications Device öz ticarət markası olan KENEKSI adı altında mobil cihazların istehsalı üzrə ixtisaslaşıb. Şirkət SHENZHEN SSUN INDUSTRY CO.LTD korporasiyasının tərkibinə daxildir. Korporasiyanın əsas fəaliyyət növlərinə aşağıdakılar aiddir:
- Apple, Samsung, Huawei və digər dünyaca məşhur firmaların smartfon və planşet kompüterləri üçün ehtiyat hissələrin istehsalı.
- ÇXR-nın ərazisində kommersiya və yaşayış üçün nəzərdə tutulmuş iri daşınmaz əmlakın tikintisi.
Shenzhen Cheng Run Communications Device Co., Ltd 1997-ci ildə yaradılıb. Şirkət yüksək texnologiyalı məhsulların hazırlanması və ixracı üzrə ixtisaslaşıb. Şirkət Çinin cənubunda - sürətlə inkişaf edən Şençjen şəhərində yerləşir. Şirkətin əsas məqsədi optimal qiymət və keyfiyyətə malik mobil telefonlar üzrə beynəlxalq brendin yaradılmasıdır. Şirkətin əməkdaşları sahənin peşəkar mütəxəssisləridir. Bu da öz növbəsində texnologiya və dizayn sahəsindəki nəticəyə ciddi təsir edir. 150 mühəndisdən 15-i paralel olaraq digər tədqiqat laboratoriyalarında çalışan yüksək kateqoriyalı mühəndislərdir. Biz radiorabitə, hi-tech texnologiyaları və proqram təminatı sahəsində ixtisaslaşmış, tanınmış dünya şirkətləri ilə əməkdaşlıq edirik.
FABRİK
Fabrik son texnologiyalarla təchiz olunub və sahəsi 10 000 m² olan ərazidə yerləşir. Zavodun bir ay üzrə istehsal gücünü 1 500 000 telefon və digər firmalar üçün istehsal olunan 20 000 000 korpus təşkil edir.
KENEKSI İLƏ ÜNSİYYƏTDƏN ZÖVQ ALIN!