UNEC-in maliyyə və mühasibat fakültəsinə yeni dekan seçilib
21 aprel 2016 18:04 (UTC +04:00)

UNEC-in maliyyə və mühasibat fakültəsinə yeni dekan seçilib

 

Aprelin 21-də İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Maliyyə və mühasibat fakültəsinin yeni seçilən dekanı Gəray Musayevi kollektivə təqdim edib.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gəray Musayevin 2014-cü ildən UNEC-in Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru vəzifəsində çalışıb.

 

Yeni dekanı təqdim edən Maliyyə və mühasibat fakültəsinin modern fakültə olması ilə bağlı istəyini dilə gətirib: “ Bunun üçün də UNEC-in qarşıda duran hədəflərini həyata keçirmək üçün hazırlanan layihələri bu fakültə ilə reallaşdıracağıq. Bu istiqamətdə pilot kafedra olaraq Maliyyə və maliyyə institutları kafedrasının seçildiyini bildirib. Nəticədə, qısa zamanda UNEC yeni imici ilə meydana çıxacaq”.

 

UNEC-in ən böyük fakültəsi olan Maliyyə və mühasibat fakültəsində görüləcək işlərdən danışan rektor bildirib ki, fakültə dərslərin təşkili və keyfiyyəti baxımından tək Azərbaycanda yox, regionda da diqqət çəkən fakültələrdən biri olacaq.

 

Rektor əlavə edib ki, tələbə müraciətlərini operativ cavablandırmaq üçün fakültə daxilində yeni qurumun yaradılmasına ehtiyac var.

 

Sonda Ə.Muradov fakültənin kafedra müdirləri ilə görüşüb.

 

Qeyd edək ki, 2015-ci ildə UNEC-də idarəetməni təkmilləşdirmək məqsədi ilə Maliyyə və Uçot-iqtisad fakültələri birləşdirilərək, Maliyyə və mühasibat fakültəsi yaradılıb. Tədrisin səmərəli idarə edilməsi və təşkili məqsədilə Bank işi, Maliyyə, Vergi və vergiqoyma kafedraları ləğv edilərək və həmin kafedraların bazasında Maliyyə və maliyyə institutları kafedrası yaradılıb. Mühasibat uçotu və İqtisadi təhlil və audit kafedralarının bazasında isə Mühasibat uçotu və audit kafedrası yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar