Yanvarın 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov Radio ADİU-nun qonağı olacaq.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rektor saat 19:00-dan 21:00-dək canlı efirdə tələbələrin və ictimaiyyət nümayəndələrinin qış imtahan sessiyası ilə bağlı suallarını cavablandıracaq.
Bildirək ki, rektora sualınızı ünvanlamaq üçün bu formanı doldurmağınız kifayətdir: http://goo.gl/forms/2Xnt3FR1I3 Radio UNEC-i dinləmək üçün: http://radio.unec.edu.az/
Qeyd edək ki, ADİU-da imtahan sessiyasında tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə bütün tədris binalarında qərargah yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin “Qaynar xətt”inə (146-1-3) müraciət etmək mümkündür. Əlavə olaraq, tələbələr Elektron Apellyasiya Sistemi vasitəsilə də “online” formada müraciətlərini ünvanlaya bilirlər. Sessiyası dövründə İqtisad universitetinin rektoru hər həftənin şənbə günü “Açıq qapı” günü keçirir.