İnklüziv təhsilin tətbiq ediləcəyi məktəblər açıqlandı – <span style="color:red;">Əmr
06 iyun 2016 13:33 (UTC +04:00)

İnklüziv təhsilin tətbiq ediləcəyi məktəblər açıqlandı – Əmr

0

Təhsil naziri Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi üzrə pilot məktəblərin müəyyən edilməsi barədə əmr imzalayıb.

 

Lent.az-ın məlumatına görə, əmrə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) 2016-2017-ci tədris ilində inklüziv təhsil Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan dörd ümumtəhsil məktəbində - Nərimanov rayonu 202 nömrəli tam orta məktəb, Nizami rayonu 220 nömrəli məktəb-lisey, Xətai rayonu 138 nömrəli orta məktəb, Sabunçu rayonu 252 nömrəli məktəb-lisey layihə üzrə pilot müəssisələrdə tətbiq ediləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə  Bakı şəhər psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında ərazi üzrə sağlamlıq imkanları məhdud uşaqların pilot seçilmiş məktəblərə göndərilməsini və həmin məktəblərdə loqopedik xidmətin yaradılmasını təmin etmək tapşırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 882

Oxşar yazılar