İndoneziyada multikulturalizm mövzusunda konfrans keçirilib
05 oktyabr 2015 17:16 (UTC +04:00)

İndoneziyada multikulturalizm mövzusunda konfrans keçirilib

0

İndoneziya Bali adasının Denpasar şəhərində Xaricilərə İndoneziya dilini Tədris edən Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  IX beynəlxalq konfrans “Dünya keçid mərhələsində: qloballaşma, multikulturalizm və xaricilərə dilin tədrisinin inkişaf strategiyası” mövzusuna həsr edilib. Konfransada multikulturalizm və qloballaşma şəraitində xaricilərə qeyri-ana dilinin tədrisinin mövcud durumu ilə bağlı İndoneziya, Almaniya, Avstraliya, Azərbyacan, Cin, Taliand və digər ölkələrin nümayəndələri məruzə ilə çıxış edib.

 

Azərbaycanı bu konfransda təmsil edən  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Həbib Zərbəliyev çoxlu sayda etnik qrupların və milli azlıqların məskunlaşdığı Azərbaycan və İndoneziyada dövlət dili ilə yanaşı, etnik və milli azlıqların dilləri və mədəniyyətlərinin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Azərbaycanda dövlət dili ilə yanaşı etnik dillərin tədrisində ortaya çıxan problemlərin araşdırılması və bu sahədə tipoloji oxşarlıq və fərqliliklərin müəyyənləşdirilməsi barədə məlumatlar da məruzənin mühüm hissəsini təşkil edib. Maraqla qarşılanan məruzə ətrafında geniş müzakirə aparılıb və konfrans iştirakçılarının Azərbaycanda mövcud olan mulltikultural və multilinqual durum haqda çoxsaylı sualları məruzəçi tərəfindən cavablandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar