TQDK Apelyasiya Komissiyası yaratdı
23 may 2016 10:32 (UTC +04:00)

TQDK Apelyasiya Komissiyası yaratdı

0

 

 

Mayın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən I və IV ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

 

TQDK-dan Lent.az-a verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

 

Abituriyentlər Apelyasiya Komissiyasına mayın 23-də saat 10‑dan 17‑dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

 

Qeyd edək ki, TQDK-nın saytında və Facebook səhifəsində sual kitabçaları və imtahanda istifadə olunmuş test tapşırıqlarının izahı yerləşdiriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar