Ailədən bildirilənə görə, artıq Prezident Administrasiyasının nümayəndələri və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov xəstəyə baş çəkiblər. Onlar ailə ilə görüşüblər və dövlətin bütün xərcləri öz üzərinə götürdüyünü bildiriblər: “Bizə bildirdilər ki, bu məsələ şəxsən prezident İlham Əliyevin nəzarətindədir. Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib”.
Ailədən onu da bildiriblər ki, prezident baş vermiş hadisənin araşdırılması, məsuliyyətsizlik edənlərin qanun qarşısında cavab verməsi üçün tapşırıq verib və məsələni şəxsi nəzarətində saxlayır.