Sentyabrın 2-də Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu prezident İlham Əliyevə təqdim edilib. Lent.az-ın “AzərTAc”a istinadən verdiyi məlumata görə, bununla da ölkəmizdə yeni nəsil biometrik pasportların verilməsinə başlanılıb.
Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.
Qeyd edək ki, ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılıb.