Prezident Ümumdünya Yay Universiadasında iştirak edən tələbələrimizə mükafat ayırdı
23 iyul 2015 18:38 (UTC +04:00)

Prezident Ümumdünya Yay Universiadasında iştirak edən tələbələrimizə mükafat ayırdı

Prezident İlham Əliyev Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Cənubi Koreyanın Kvanju şəhərində keçirilən Tələbələrin XXVIII Ümumdünya Yay Universiadasında yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən ediləcək.

 

Onu da əlavə edək ki, sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat, ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat, üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat veriləcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar