Prezident sənaye üsulu ilə qazılmış ilk quyunun vəziyyəti ilə tanış olub - YENİLƏNİB
26 aprel 2017 14:20 (UTC +04:00)

Prezident sənaye üsulu ilə qazılmış ilk quyunun vəziyyəti ilə tanış olub - YENİLƏNİB

 

Azərbaycan prezidenti İlham Əliyev SOCAR-ın Bibiheybət mədəninin ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

 

APA-nın məlumatına görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına görülən işlər barədə məlumat verib.

 

Bildirilib ki, XIX əsrdə burada “Nobel qardaşları neft hasilatı şirkəti”nə məxsus neft və neft məhsullarının daşınması üçün ağcaqayın ağacından hazırlanmış faner borunun bir hissəsi, həmçinin həmin şirkətin sifarişinə əsasən Bakıya gətirilmiş quyuüstü avadanlıqlar da nümayiş olunur. Qeyd olunub ki, 1899-1901-ci illərdə 11,5 milyon ton neft hasil edən Bakı neft sənayesi dünyada birinci yeri tuturdu. 1859-cu ildə sənaye üsulu ilə neft quyularının qazılmasına başlanılmış Amerika Birləşmiş Ştatlarında isə bu göstərici o zaman 9,1 milyon ton təşkil edirdi.

 

Dövlət başçısı burada quraşdırılan xüsusi interaktiv köşkə baxıb. Bildirilib ki, bu köşk vasitəsilə Azərbaycanın neft tarixi, o cümlədən sənaye üsulu ilə qazılmış ilk quyu barədə ətraflı məlumat almaq mümkündür.

 

Prezident İlham Əliyev neftçilərlə söhbət edib.

 

Sonda xatirə şəkili çəkdirilib.

 

***

 

10: 20

 

Prezidenti İlham Əliyev aprelin 26-da SOCAR-ın Bibiheybət mədənində olub.

 

Lent.az-ın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, prezident mədən ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar