İki uşaq anasının sizin köməyinizə ehtiyacı var
09 oktyabr 2015 15:00 (UTC +04:00)

İki uşaq anasının sizin köməyinizə ehtiyacı var

0

İki uşaq anası Kərimova Gülşən süd vəzisi xərçəngindən əziyyət çəkir. Lent.az-ın məlumatına görə, G. Kərimova Xəzər rayonunda yerləşən “Xəzər ” sanatoriyasında bir otaqlı mənzildə ağır şəraitdə yaşayır. O, 1978-ci ildə Ağdamda anadan olub. Məcburi köçkündür. Himayəsində 2 azyaşlı oğlu var.

 

Müalicə və müayinə üçün bir neçə ildir ki, İrana gedib-gəlir. Hazırda maddi imkanı olmadığından müalicəsini davam etdirə bilmir. Təcili kimya terapiya almaq üçün G. Kərimova növbəti dəfə İrana getməlidir. Onun İranda müalicəsini davam etdirmək üçün 1000 (min) manat pula ehtiyacı var. Bu vəsaiti ödəməyə ailənin maddi imkanı çatmır. Hər gecikən gün xəstənin vəziyyəti pisləşir, metastaz genişlənir. Kərimovanın ailəsi Lent.az-a müraciət edərək imkanlı şəxslərdən kömək istəyir.

 

G. Kərimovaya yardım etmək istəyən şəxslər (+994) 55 463 02 97 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar