Göyçay rayonunda 2 fevral-Gənclər günü ilə bağlı müxtəlif sahələrdə çalışan gənclərlə görüş keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə qeyd olunub ki, son illər ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin fəallığı artıb. Rayonun fəal gəncləri çıxış edərək hazırda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətinin uğurla davam etdirilməsi üçün güc və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.
Tədbirdə Göyçay gənclərinin təhsil, idman, idarəetmə sahəsində əldə etdiyi uğurlardan da bəhs edilib. Musiqili-əyləncəli bayram tədbirində gənclər şeir və mahnılar ifa ediblər. İntelektual yarışlar və müxtəlif əyləncəli oyunlar keçirilib, yeni ailə quran iki gəncin nikah mərasimi təşkil olunub. Yerli müsiqiçilərin ifasında şən mahnılar səsləndirilib, rəqqaslar öz bacarığını nümayiş etdirib. Təhsil və idman sahəsində uğurlar qazanan 10 nəfər gənc Göyçay rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif olunub.