Bu gün Bayıl-20-ci yaşayış sahəsi üzrə ərazi nümayəndəliyinin hesabat yığıncağı keçirilib. Lent.az-ın məlumatına görə, hesabat məruzəsi Səbail rayon icra başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elnur Seyidov çıxış edib.
Hesabat və çıxışlardan sonra sakinlərinin müraciətləri, istək və təklifləri dinlənilib.
Çıxış edən Səbail rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransın işi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları və yerli İcra strukturları qarşısında qoyduğu vəzifələr barədə danışıb, 2015-ci ildə rayonda görülən işlər və yaxın vaxtlarda 2 saylı nümayəndəliyin ərazisində həyat keçiriləcək layihələr barədə ətraflı məlumat verib. Sonra 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin rəhbəri təyin olunmuş Rüfət Əhmədzadə rayon ictimaiyyətinə təqdim olunub.
Qeyd edək ki, R.Əhmədzadə daha əvvəl Yasamal rayon icra hakimiyyəti başçısının köməkçisi vəzifəsində işləyib.