Içərişəhərdə xeyriyyə yarmarkası keçiriləcək
27 fevral 2015 23:09 (UTC +04:00)

Içərişəhərdə xeyriyyə yarmarkası keçiriləcək

Mart 1-də “İncəsənət Bağı”nda (Kiçik Karvansara) “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə Azərbaycanda fəaliyyət göstərən Diplomatik Missiya Rəhbərlərinin xanımlarının təşkilatı (“HOMS”) tərəfindən 8 Mart–Beynəlxalq Qadınlar Gününə həsr olunmuş II Xeyriyyə yarmarkası keçiriləcək.

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, xeyriyyə yarmarkası mart ayının 1-də saat 12:00-dan 16:00-dək davam edəcək.

 

Tədbirdə 30-dən artıq ölkə nümayəndəsi iştirak edəcək, hər bir ölkənin milli sənətkarlıq nümunələri, əl işi suvenirlər və mətbəx nümunələrinin sərgi-satışı təşkil olunacaq. Tədbirdə həmçinin milli musiqi və rəqslərin nümayiş olunması nəzərdə tutulur. Xeyriyyə aksiyasında eyni zamanda qiymətli mükafatların oynanılacağı lotereya tirajı da keçiriləcək. Tədbirdən əldə olunan mənfəətdən “HOMS”un Azərbaycanda dəstəklədiyi və qarşılıqlı əməkdaşlıq etdiyi bir sıra yerli xeyriyyə fondları və layihələrinin fəaliyyətinə yardım məqsədilə istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175
avatar

Oxşar yazılar