Həftənin ilk iş günü yağış yağacaq
04 oktyabr 2015 13:34 (UTC +04:00)

Həftənin ilk iş günü yağış yağacaq

0

Sabah Bakı və Abşeron yarımadasında buludluhava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 16-19, gündüz 22-25 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın bölgələrində isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar