[b]HDQ-nin NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə keçirilib[/b]
28 oktyabr 2017 16:46 (UTC +04:00)

[b]HDQ-nin NATO standartlarına uyğun qiymətləndirilməsi müvəffəqiyyətlə keçirilib[/b]

 
 
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 1-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-1) keçirilib.
 
Müdafiə Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndə heyətinin müşahidəçi qismində iştirak etdiyi SEL-1-in əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarət olub.
 
Qeyd edək ki, ilk dəfə keçirilən bu qiymətləndirmə Silahlı Qüvvələrimizin nümayəndələri tərəfindən həyata keçirilib və bu Hərbi Dəniz Qüvvələrinin Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə qrupunun silsilə qiymətləndirmələrinin başlanğıcıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar