"Havanın isti keçməsi anomal sayılmır" - <span style="color:red;">Asif Verdiyev
17 fevral 2016 11:05 (UTC +04:00)

"Havanın isti keçməsi anomal sayılmır" - Asif Verdiyev

 

“Bakı və Abşeronda hazırda müşahidə olunan faktiki hava şəraiti anomal sayılmır”.

 

Bunu Lent.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidrometeoroloqu Asif Verdiyev deyib.

 

A. Verdiyevin sözlərinə görə, hazırki temperatur iqlim normasından yuxarıdır: “Əvvəlki illərdə bundan da yüksək temperaturlar müşahidə edilib. İndi də temperatur iqlim normasından 2-3 dərəcə yüksəkdir. Dünən və bu gün havanın temperaturunun iqlim normasından yuxarı olmasına baxmayaraq, ölkə ərazisində anomal temperatur müşahidə olunmur”.

 

Qeyd edək ki, bu günə olan hava proqnozuna əsasən, havanın temperaturu 21 dərəcə təşkil edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327

Oxşar yazılar