Hava isti, bürkülü olacaq
29 avqust 2013 12:47 (UTC +04:00)

Hava isti, bürkülü olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 30-a gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Lent.az-a verilən  məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu, yağmursuz  keçəcəyi gözlənilir.

 

Şimal qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.     Temperatur gecə 19-24  dərəcə, gündüz 30-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 25-26 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, avqustun 30-da hava əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə lokal qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 20-25  dərəcə, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə isti gözlənilir.

 

Yaxın 3 gün ərzində Abşeron yarımadasında günorta saatlarında isti, diskomfort hava şəraiti və havada rütubətliliyin çox olması ilə yaranan bürkü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2289
avatar

Oxşar yazılar