Gümüş medalçıların sayı niyə az olub?
27 avqust 2013 10:49 (UTC +04:00)

Gümüş medalçıların sayı niyə az olub?

Təhsil Nazirliyi qızıl medal alanların siyahısının ali məktəbə qəbulun nəticələrindən sonra açıqlanması məsələsinə aydınlıq gətirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, təhsildə xüsusi nailiyyətlərə görə qızıl və ya gümüş medalla təltifə namizəd göstərilən şagirdlərlə bağlı müvafiq məlumatların və sənədlərin toplanmasının, zəruri dəqiqləşdirmələrin aparılmasına xeyli vaxt sərf olunur və bu proses qəbul imtahanlarından çox əvvəl başlanır. 2013-cü ildə XI sinif məzunlarının qızıl və ya gümüş medalla təltifi barədə nazirliyin əmri iyul ayının 17-də verilmiş, həmin əmr  mətbuatda dərc edilmiş və nazirliyin internet saytında yerləşdirilib. Bu vaxta qədər isə ali məktəblərə qəbul üzrə yalnız III qrupun imtahanları (14.07.2013)  keçirilib. Ona görə də medalçıların siyahısının ali məktəblərə qəbulun nəticələrindən sonra açıqlanması faktı reallığa uyğun deyil.

Medalçıların qəbul imtahanlarında göstərdiyi nəticələr haqqında hazırda məlumatlar toplanır və yaxın günlərdə ümumiləşdiriləcək. 700 bal toplayanlardan 2 nəfər qızıl, 1 nəfər isə gümüş medala layiq görülüb. Gümüş medal alanların sayının azlığı medala namizəd göstərilən məzunlardan böyük əksəriyyətinin nəticələrinin qızıl medala uyğun olması ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar