Gülhanə Tibb Fakültəsinə qəbul üçün müsabiqə elan olunub
16 iyul 2018 15:17 (UTC +04:00)

Gülhanə Tibb Fakültəsinə qəbul üçün müsabiqə elan olunub

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2018/2019-cu tədris ilində Türkiyənin Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, müsabiqədə 2018-ci ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.

 

Müsabiqə əsasında 36 (otuz altı) nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Müdafiə Nazirliyinə təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 12 namizədin Gülhanə Tibb Fakültəsində təhsil almağa göndərilməsi planlaşdırılır.

 

 

Gülhanə Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

 

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 328
avatar

Oxşar yazılar