Prezident İlham Əliyev güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında qanun imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin müəyyən edilməsi məqsədi ilə qərara alır:
“Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı” təsdiq edilməlidir (1 nömrəli əlavə).
“Zəhərli maddələrin Siyahısı” təsdiq edilməlidir( 2 nömrəli əlavə).