Azərbaycan prezidenti İlham Əliyev güc strukturlarında çalışan işçilərin əmək haqlarının artırılması barədə sərəncamlar imzalayıb.
APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 10% artırılır.
Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları da sentyabrın 1-dən orta hesabla 10% artırılacaq.
Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 10% artırılır.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları da sentyabrın 1-dən orta hesabla 10% artırılacaq.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 10% artırılır.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 10% artırılır.
Həmçinin, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 10% artırılacaq.
Bundan başqa, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları sentyabrın 1-dən orta hesabla 10% artırılır.