Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşəcək
23 aprel 2016 11:12 (UTC +04:00)

Gömrük Komitəsinin sədri vətəndaşlarla görüşəcək

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev aprelin 29-da Şəkidə vətəndaşları qəbul edəcək. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Şəki şəhərində Yevlax Gömrük İdarəsinin Şəki gömrük postunun inzibati binasında (Heydər Əliyev prospekti 1) keçiriləcək. Qəbul zamanı bölgədə yerləşən rayonların - Şəki, Mingəçevir, Oğuz, Qəbələ rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar aprelin 28-i saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 125
avatar

Oxşar yazılar