Gömrük Komitəsinin sədri Gədəbəydə qəbul keçirib
23 iyun 2016 12:36 (UTC +04:00)

Gömrük Komitəsinin sədri Gədəbəydə qəbul keçirib

0

İyunun 23-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında vətəndaşları qəbul edib.

 

DGK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 357

Oxşar yazılar